Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan üçün yeni güzəştlər tətbiq ediləcək.
Azərbaycan Prezidentinin Qırğızstana səfəri zamanı əldə edilən razılaşmalardan biri də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə idi. Azərbaycan Prezidenti mətbuata bəyanatında bunun da son hədd olmayacağını bildirərək əlavə etdi ki, Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir.
Dünyanın ən böyük üçüncü iqtisadiyyatına malik olan Almaniya ilə iqtisadi əlaqələri daha da dərinləşdirmək Azərbaycan üçün xarici ticarətdə prioritetlərdən hesab olunur. Xüsusən də qeyri neft-qaz sektorunda yeni əməkdaşlıqlara başlamaq əsas hədəflərdəndir.
Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti Forumun açılışında çıxışı zamanı ölkəmizin hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışdığını bildirib.
Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracatı 12 milyard 535 milyon dollar olub ki, onun da 4 milyard 698 milyon dolları qeyri neft-qaz məhsullarının payına düşüb. Xarici ticarət dövriyyəsində diqqəti çəkən məqam qeyri neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Belə ki, bu ilin 4 aylıq qeyri neft-qaz ixracatı əvvəlki ilin ümumi göstəricisindən 30 faiz çoxdur.
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bir sıra strateji məqamlara toxundu. Cənab Prezident bildirdi ki, məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır.
2026-cı ilin birinci rübündə külək enerjisi istehsalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə rekord səviyyədə, 26 dəfə artaraq 247,7 mln. kVt·st təşkil edib. Ötən ilin ilk 3 ayında külək enerjisi istehsalı 9.5 mln. kVt·st olmuşdu.
Millət vəkili Vüqar Bayramov cərimələrin minimum əmək haqqı ilə əlaqələndirilməsi və dövlət vəsaitini təyinatından yayındıranlar üçün cəza tədbirlərinin sərtləşdirilməsi barədə təklifləri. Millət vəkili bildirir ki, hazırda bir sıra inkişaf etmiş dövlətlərdə, o cümlədən Finlandiya, Almaniya, Fransa, İsveçdə cərimə məbləğləri minimum əmək haqqı və ya gəlirə bağlıdır.
Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı.
“Əmək Məcəlləsinə” təklif edilən və artıq Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların artıq qanunla tənzimlənməsi anlamına da gələcək.
Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı zamanı Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırması ilə yanaşı, neft məhsullarının ixracının həyata keçirildiyini və hazırda ticarət əlaqələrinin genişləndirildiyini bildirib.