İrəvan Rusiyaya ixraca qoyulan məhdudiyyətlərlə bağlı AİİK-də müzakirənin təxirə salınmasını istəyib
02.11.2026

Ermənistan tərəfinin təklifi ilə Rusiyanın erməni məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı şikayətin Avrasiya İqtisadi Komissiyasında (AİİK) müzakirəsi təxirə salınıb.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Qevork Papoyan jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, müzakirənin təxirə salınması onunla  Avrasiya İqtisadi İttifaqının müvafiq naziri arasında əldə olunmuş razılaşmanın nəticəsidir.

“Bu barədə danışmağım düzgün olmazdı. Bu, mənimlə  Aİİ-nin naziri arasında əldə olunan razılaşmanın nəticəsidir”, – Papoyan qeyd edib.

Müzakirənin ilkin olaraq bir həftə sonra keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Rusiya Kənd Təsərrüfatı Nəzarəti  Xidməti (Rosselxoznadzor) may ayından etibarən Ermənistandan məhsul idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq edib.

visiontv.az