Çin hakimiyyəti dövlət qulluqçuları və onların ailə üzvləri üzərində korrupsiyaya qarşı nəzarəti əhəmiyyətli dərəcədə gücləndirəcək.
Visiontv.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda qəbul edilən qərara istinadən məlumat yayıb.
Yeni tədbirlər gizli aktivlərin aşkarlanmasına, eləcə də dövlət qulluqçularının rəsmi gəlirləri ilə faktiki həyat səviyyəsi arasındakı uyğunsuzluğun üzə çıxarılmasına yönəlib.
Bu çərçivədə rəhbər vəzifəli şəxslərin ailə əmlakı və xərcləri yoxlanılacaq, həmçinin onların qohumlarının sahibkarlıq fəaliyyəti üzərində nəzarət gücləndiriləcək.
Bundan başqa, vəzifəli şəxslər üzərində, o cümlədən pensiyaya çıxdıqdan sonra nəzarətin artırılması nəzərdə tutulur. Eyni zamanda, məsuliyyətdən yayınmaq məqsədilə vəzifədən vaxtından əvvəl ayrılma hallarının qarşısının alınması tapşırılıb.
visiontv.az