Zəngilan şəhərinin I yaşayış məhəlləsində işlər bitib
07.04.2026

Zəngilan şəhərinin I yaşayış məhəlləsində işlər bitib.

Bunu  Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə  Xidmətinin (BTİX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva "Dost TV"nin canlı efirində deyib.

Onun sözlərinə görə, işlər bitib və tezliklə təhvil veriləcək.

Qeyd edək ki, 2025-ci ilin noyabrında  Zəngilan şəhərinə qayıdışla bağlı ilk püşkatma keçirilib.

visiontv.az