İranın gənclər və idman nazirinin müavini Əlirza Rəhimi həmvətənlərini ABŞ-nin ölkənin enerji obyektlərinə zərbə endirmək təhdidlərinə qarşı etiraz etməyə çağırıb.
Bu barədə CNN məlumat yayıb.
"Bütün gəncləri, mədəniyyət və incəsənət xadimlərini, idmançıları və çempionları "İran gənclərinin işıqlı sabah naminə canlı zənciri" adlı milli kampaniyada iştiraka dəvət edirəm", - deyə nazirlik rəsmisi bildirib. Onun sözlərinə görə, iştirakçılar, siyasi baxışlarından və inanclarından asılı olmayaraq, çiyin-çiyinə dayanmalı və mülki infrastruktura hücumların müharibə cinayəti olduğunu bəyan etməlidirlər.
visiontv.az