KİV: İran İsrailə məxsus konteyner gəmisini ballistik raketlə vurub
07.04.2026

İran İsrailə məxsus konteyner gəmisini vurub.

Bu barədə “Fars” agentliyi xəbər yayıb.

Bildirilib ki, gəmi bir neçə ballistik raketlə vurularaq “məhv edilib”.

Gəminin İsrail ordusuna hərbi avadanlıqlar çatdırmaq missiyası olduğu vurğulanıb.

Qeyd edək ki, İran dünən də İsrailə məxsus bir konteyner gəmisini hədəf alıb.

Hücumların harada keçirilməsi və əlavə detallar açıqlanmayıb.

visiontv.az