Zelenski: Krım məsələsi hələ də gündəmdədir
29.07.2026

Ukrayna Prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində Krımın gələcəyi ilə bağlı sualı cavablandırıb.

Aparıcı Şon Hannitinin "Krım yenidən gündəmə qayıdıbmı?" sualına cavabında  Zelenski hazırda müharibənin dayandırılmasının vacib olduğunu deyib: "Təəssüf ki, hələ yox. Yaxud hələlik yox. Amma görəcəyik. Torpaq çox önəmlidir. Bu, bizim ərazimizdir. Bu, bizim tariximizdir. Lakin ən vacib məsələ insanları itirməməkdir".

visiontv.az