"Ukraynaya cavab vermək qanuni hüququmuzdur”
29.07.2026

İranın Polşadakı səfirliyi “X” hesabında bildirib ki, BMT Nizamnaməsinə əsasən, Tehranın Ukraynanın hücumuna cavab vermək hüququ var.

Bəyanatda Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ni İranla müharibəyə cəlb edən İsrail rəhbərliyinin yolunu davam etdirərək Avropa və NATO-nu Tehranla qarşıdurmaya sürükləməyə çalışdığı açıqlanıb.

Diplomatik nümayəndəlik Zelenskini səlahiyyətlərini aşmaqda və İranın daxili işlərinə müdaxilədə günahlandırıb. Bildirilib ki, o, həm 40 günlük müharibə zamanı, həm də ondan sonra İrana qarşı istifadə edilən bəzi tərəflərin silahlandırılmasına dəstək verib.

Bəyanatda, habelə, vurğulanıb ki, “İranın səbri sonsuz deyil”.

visiontv.az