Azərbaycan və Yunanıstan təhsil sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
29.07.2026

Azərbaycan və Yunanıstan iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə edib.

 Bu barədə Yunanıstanın  Azərbaycandakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Yunanıstanın  Azərbaycandakı səfiri Mariya Papakonstantinu Bakı Slavyan Universitetinin rektoru  Anar Nağıyevlə görüşüb.

Görüş zamanı tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivlərini, həmçinin tələbə mübadiləsi proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

"Bundan başqa, 2004-cü ildən Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzinin Yunanıstan və  Azərbaycan arasında mədəni və təhsil əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm rolu vurğulanıb", - məlumatda bildirilib.

visiontv.az