Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Tehrana işgüzar səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb. Tərəflər İran-Ermənistan sərhədində Araz çayı üzərində ikinci körpünün tikintisi təşəbbüsünü müzakirə ediblər.
Görüşdə bildirilib ki, ikinci körpünün inşası iki ölkə arasında nəqliyyatın buraxılış qabiliyyətini artıracaq, tranzit potensialını genişləndirəcək və iqtisadi əməkdaşlığın inkişafına töhfə verəcək.
Xudatyan Kacaran–Aqarak avtomobil yolunun tikintisinin gedişindən məmnunluğunu ifadə edib və İranın Ermənistanın infrastruktur layihələrində mühüm rol oynadığını vurğulayıb.
Tərəflər nəqliyyat, yükdaşımaları və aviasiya sahələrində əməkdaşlığı da müzakirə edərək iki ölkə arasında yük daşımalarının həcmini artırmaq üçün zəruri tədbirlərin görülməsi barədə razılığa gəliblər.
visiontv.az