“YÖRÜK 4X4” Türkiyədə istifadəyə verilib
“YÖRÜK 4X4” Türkiyədə istifadəyə verilib
02.06.2023 MEDİA Tərəfindən

Türkiyənin müdafiə sənayesi daxilində inkişaf etdirilən zirehli maşınlardan biri Türkiyədə istifadə olunmağa başlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “Nurol Makina” tərəfindən hazırlanan “YÖRÜK 4X4” Taktik Təkərli Zirehli Vasitə Türkiyədə ilk dəfə olaraq təhlükəsizlik qüvvələrinin inventarında yerini alıb.

Prezidentin Mühafizə İdarəsinin inventarına daxil olan “YÖRÜK 4X4”, Prezident İqamətgahında və kənarındaki missiyalarda istifadə olunur. “YÖRÜK 4X4” yüksək hərəkət qabiliyyəti və sürət xüsusiyyətləri ilə seçilir.

Prezident İqamətgahnın istifadəsinə verilən YÖRÜK 4X4-ün üzərində ASELSAN tərəfindən istehsal edilən SARP ZAFER Uzaqdan İdarə Edilən Stabilləşdirilmiş Silah Sistemi yer alır. 

İlahə Əliyeva