Xoyda türk dili düşməni Jalə Amuzgarın adını daşıyan məktəbin açılışı olub
09.10.2025

Güney Azərbaycan türk xalqı illərdir türk dilinin tanınmasını və İran hökumətinin Azərbaycan kimliyinə diqqət yetirməsini tələb etdiyi bir vaxtda rəsmi qurumların Azərbaycan xalqının dil və mədəniyyətinə biganəliyi davam edir. İranda mərkəzçilik siyasəti, dil və etnik müxtəlifliyə məhəl qoyulmaması güclənir və hökumət eyni zamanda Azərbaycan xalqına simvolik basqılar edir.

Son günlər Xoyda fars dili və ədəbiyyatı professoru, Fars Dili və Ədəbiyyatı Akademiyasının həqiqi üzvü doktor Jalə Amuzgar adına orta məktəbin açılışı ilə bağlı xəbər yayılıb.

Jalə Amuzgar müəllim adını daşımasına baxmayaraq, hər zaman azərbaycanlı kimliyinə qarşı mübarizə aparıb və hər şeydən əvvəl fars dilinə sadiq olub və həmişə türk dilinin tədrisinə qarşı olub.

Xatırladaq ki, Son günlər 1946-cı ildə Azərbaycan xalqını qətlə yetirmiş Pəhləvi rejiminin o vaxtkı baş hakimi Abdulla Möhit üçün Mərənd əyalətində xatirə məqbərəsi ucaldılması vətəndaş fəallarının və Mərənd əhalisinin etirazı ilə qarşılanıb.

Görünən odur ki, İslam Respublikası hökuməti öz kimliyini unudan, hətta bəzi hallarda türk kimliyi ilə mübarizə aparan insanları təbliğ etməklə, Güney Azərbaycan türk xalqına qarşı assimilyasiya layihəsini sürətləndirməyə çalışır.

visiontv.az