Tehran Bələdiyyəsinin mətbu orqanı olan “Həmşəhri” qəzeti “Geyimdə mədəniyyətsizlik” başlıqlı məqaləsində prokurorluq və polis qüvvələrini “qanuni və şəri vəzifələrini” yerinə yetirməyə çağıraraq, “təşkilatlanmış pozğunluq, cəmiyyət mühitinin korlanması və hicabsızlıq” kimi qiymətləndirdiyi hallara qarşı tədbir görülməsini istəyib.
Qəzet yazıb ki, bəzi dövlət qurumlarının səhlənkarlığı nəticəsində hicabsızlıq tədricən adi bir hala çevrilib və bunun daha açıq-saçıq geyim tərzinə doğru inkişaf etdiyini göstərən çoxsaylı foto və videolar mövcuddur. Məqalədə bədənə yapışan və “yarıçılpaqlığı xatırladan” geyimlərin küçə və ictimai məkanlarda narahatlıq doğuran mənzərə yaratdığı iddia olunur.
“Həmşəhri” həmçinin bildirib ki, ictimai yerlərdə qeyri-adi geyim tərzini əks etdirən videoların yayılması, Kiş adasının Simurq sahilindəki vəziyyət, istirahət zonalarında hicab qaydalarına əməl edilmədən rəqs və əyləncələrin keçirilməsi, eləcə də Tehran Böyük Bazarında moda nümayişlərinin təşkil olunması bu vəziyyətin konkret nümunələri hesab edilir.
visiontv.az