İran barədə yazanların çoxu (bu mövzunu incəliyinə qədər bilən, lakin susanlar var) Ayətullah Məhəmməd Şəriətmadərini tanımırlar. Ayıb olsa da, deyim ki, bəlkə də heç adını da eşitməyiblər.
Şiə aləminin böyük alimi olan bu şəxs ruhanilərin hakimiyyətə gəlməsinə qarşı idi. Xomeyninin ustadı olan, böyük alim Ayətullah Burcuerdi də belə fikirdə idi. Ayətullah Şəriətmadəri Vilayəti – Fəqih institutunun yaradılmasını istəmirdi və Ayətullah Xomeyni ilə əsas fikir ayrılığının biri də bu idi. O, Azərbaycan muxtariyyətini tələb edən (özü təbrizli idi) bir ruhani lider idi və azərbaycanlılar arasında böyük nüfuza malik idi. İnqilabdan sonra Ayətullah Şəriətmadəri ev dustağı edildi və rəhbərlik etdiyi Müsəlman Xalq Respublikası Partiyası qadağan edildi. 1980-ci ildə Təbriz yenidən çalxalanırdı. Hakimiyyət anlayırdı ki, Təbriz dini lider olan Şəriətmadərinin bayrağı altında ayağa qalxsa, Tehran üçün problem yaranacaq.
1980-ci ilin yanvarında ordu Təbrizə girdi. Ayətullah Şəriətmadəri qan tökülməsinin qarşısını almaq üçün tərəfdarlarına müqavimət göstərməmək əmri verdi. Buna baxmayaraq, yüzlərlə təbrizli həbs edildi, onların bir qismi edama məhkum edildi. 1992-ci ildə İİR XİN rəhbəri Qütbzadə çevrilişə cəhd və Xomeyninin həyatına sui-qəsd ittihamı ilə həbs edildi və istintaqda Ayətullah Şəriətmadərinin işin içində olduğunu bildirdi. Bu ifadə Ayətullah Şəriətmadərini həbs etməyə kifayət elədi. Mərcəyi -təqlid olduğuna görə Şəriətmadərini həbs edə bilmədilər, lakin o ölən günə -3 aprel 1986-cı ilə qədər ev dustağı oldu.
P.S. İran sistemi barədə yazanların Londonda yaşayan, radikal şiə olan “Şirazi ailəsi” barədə də öyrənmələri pis olmazdı. Tula, aftafa, şərəfsiz, alçaq və s. kimi təhqirlərlə təhlil etmək imkansızdır. Birdə ki, hamının İran barədə yazması məcbur deyil. Aynişandan da yazmaq olar. Deyirlər ki, o gün çay içəndə əli yanıb...
Siyasi şərhçi Azər Rəşidoğlu
Visiontv.az