İran quraqlıq səbəbi ilə su idxalı üçün qonşu ölkələrə üz tutdu
05.12.2025

İranın energetika naziri Abbas Əliabadi ölkədə davam edən ciddi quraqlıq fonunda Tehranın qonşu dövlətlərdən su almağı nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, hökumət artıq bölgə ölkələri ilə su təminatı barədə ilkin danışıqlar aparır.

Onun sözlərinə əsasən, suyu “münasib qiymətə” satmağa hazır olan ölkə olarsa, İran su idxalına başlamağa hazırdır. Nazir qeyd edib ki, danışıqlar əsasən həmin ölkələrin “artıq su ehtiyatlarının” təmin edilməsi üzərində qurulub.

Rəsmi açıqlamaya görə, su qıtlığı və iqlim dəyişiklikləri səbəbindən İran alternativ su mənbələri üzərində fəal işləyir və qonşu ölkələrdən mümkün su idxalı bu çərçivədə müzakirə olunur.

visiontv.az