Xankəndi şəhərində xeyli silah-sursat tapılıb
13.04.2024

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb

Xankəndi şəhərində xeyli silah-sursat tapılıb.

Bu barədə  APA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 12-də Xankəndi şəhəri ərazisindən 9 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 4 qumbara, 1 fişəng tapançası, 2 tüstüverici şaşka, 35 patron darağı, 880 ədəd müxtəlif çaplı patron, 1 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

visiontv.az