Xamenei xalqı 11 fevral mitinqlərində iştirak etməyə çağırıb
10.02.2026

İranın rəhbəri Əli Xamenei, insanları 1979-cu il İslam İnqilabının ildönümü münasibətilə keçiriləcək 11 fevral mitinqlərində iştirak etməyə çağırıb.

İldönümünün həftənin dördüncü günü olacağına baxmayaraq video müraciətdə Əli Xamenei "bu gün İran milləti özünü küçələrdəki yürüşlərlə göstərir" deyib.

"Milli gücün göstəricisi raketlər və təyyarələrlə deyil, millətlərin iradəsidir. Siz dözümlülük göstərdiniz və iradənizi göstərdiniz. Bunu başqa anlarda da göstərməlisiniz." - deyə Xamenei qeyd edib.

visiontv.az