İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri, Sepahın briqada generalı İbrahim Əzizi “Xəbər” telekanalının efirində çıxışı zamanı Azərbaycan Respublikasına qarşı əsassız ittihamlar səsləndirərək ölkənin yaxın zamanda İran tərəfindən raket zərbələrinə məruz qala biləcəyini iddia edib.
O, Azərbaycana xitabən bildirib:
“Əgər sizə qarşı addım atıldısa və tədbir görüldüsə, narahat olmayın. Bunu açıq, şəffaf və aydın şəkildə deyirəm – amerikalıların addımlarının qarşısını alın. 12 günlük müharibədə sionist rejimə kömək edən ölkələr var idi və bizim bununla bağlı sənədli hesabatlarımız var. Amma yenə də güzəştə getdik, dedik səhv ediblər. Lakin bu dəfə əmin olsunlar ki, qəti və sarsıdıcı cavabla üzləşəcəklər. O gün həmin bazadan zərər gördülərsə, onlara verilən imkanlara görə özləri də zərər görmüş oldular. Bunu artıq qəbul etməlidirlər.”
Qeyd edək ki, Azərbaycan Respublikası bu kimi iddiaları daim təkzib edib. Hətta İranın hazırkı prezidenti Məsud Pezeşkian da rəsmi şəkildə Azərbaycan əleyhinə səsləndirilən bu ittihamların tamamilə əsassız və yalan olduğunu bildirib.
Görünür İran fsrs molla rejimi Azərbaycanı da qarşıdurmaya cəlb etməyə çalışır. Lakin belə bir addımın nəticələri əslində rejim üçün yaxşı olmayacaq.
Fars faşist molla rejimi məhvə məhkumdur.
Siyasi şərhçi Sadiq İsabəyli
visiontv.az