WUF13-də medianın insanların şəhərlərə transformasiyasında rolundan danışıldı
20.05.2026

Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində "Media mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun hərəkətverici qüvvəsi kimi" mövzusunda konfrans keçirilib.

Tədbirdə Media  İnkişaf  Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər. 

Tədbirdə çıxış edən Medianın İnkişafı  Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov bildirib ki, media bu gün sadəcə informasiya ötürən platforma deyil, ictimai maarifləndirməni formalaşdıran, vətəndaş iştirakını təşviq edən və dövlət institutları ilə cəmiyyət arasında kommunikasiya körpüsü yaradan mühüm vasitədir.

"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri  Ayaz  Mirzəyev isə qeyd edib ki, regionumuzda kommunikasiya və hekayəçilik insanların şəhər transformasiyasını daha yaxşı anlamasına kömək edir.

Daha sonra digər natiqlər sözügedən istiqamətdə çıxışlar edib, müxtəlif fikirlər səsləndiriblər.

visiontv.az