Artıq xeyli müddətdir ki, çoxsaylı vətəndaş şikayətləri əsasında "Bakı İnşaat" MMC- dən narazılıqlar artmaqdadır. Bu məsələ ilə bağlı deputat Rüfət Quliyev vətəndaşlar şikayətlərini bildirərək kömək istəyirlər.
Deputat Rüfət Quliyev bu məsələ ilə bağlı parlamentdə "Baku İnşaat" MMC - nin vətəndaşları aldatması ilə bağlı çıxış edib. Bundan başqa deputat bu barədə parlamentdə yenidən çıxış edəcək.
Lakin bu müddət ərzində sözügedən tikinti şirkəti mümkün qədər məsuliyyətdən yayınır. Vətəndaşların şikayətlərinə baxılmır.
Bu günlərdə isə "Bakı İnşaat" MMC - nin yeni rəhbəri təyin olunub. Bu vəzifəyə Zahir Əsgərov təyinat alıb. Bununla da şirkət yeni rəhbər təyinatı ilə məsuliyyətdən qurtulmağa can atır.