Son qırx il ərzində Hizbullah terror təşkilatının adı İran terror rejiminin regional ideoloji terror siyasəti ilə ən sıx bağlı olan terror təşkilatı kimi dünya mediasında hallanmaqdadır. İran terror rejimi Hizbullahı sadəcə bir terror qrupu deyil, həm də SEPAH-ın xaricdə həyata keçirdiyi ilk və ən təhlükəli layihəsi, bölgədə ideoloji və hərbi təsirini genişləndirmək üçün yaratdığı terror şəbəkəsinin örnək modeli kimi təqdim edir.
Hizbullah 1982-ci ildə Livanda SEPAH-ın dəstəyilə Bəqaa vadisinə öz qüvvələrini göndərərək orada təşkilatlandırdığı terrorçulardan ibarət qurumdur. Əsas məqsədi İsrail dövlətinə qarşı mübarizəni əsas gətirərək bölgəni qana çəkmək, Livan dövlətini zəiflətmək, Suriya, İordaniya və Misirdə sabitliyi pozmaq və Körfəz ölkələri, o cümlədən Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər ölkələrdə hərtərəfli təxribat, terror və narkoticarət bazarını formalaşdırmaq olubdur. Zaman keçdikcə Hizbullah terror təşkilatı göstərdi ki, bu terror şəbəkəsi əslində İranın Livan və Yaxın Şərqdəki siyasi, hərbi və ideoloji təsir vasitəsi kimi varlığını sürdürür və buna görə də fars molla terror rejimi olan İran tərəfindən dəstəklənir.
1980-ci illərdən başlayaraq Hizbullahın adı çoxsaylı silahlı terror hücumları ilə əlaqələndirilmişdir. Təşkilat İsrail hədəflərinə qarşı raket hücumları həyata keçirmiş, bölgədə müxtəlif terror fəaliyyətlərində iştirak etmiş və İranın ən mühüm xarici silahlı terror qüvvələrindən biri kimi adını gündəmdə saxlaya bilmişdir. Bir sözlə, Tehran rejimi Hizbullahdan yalnız İsrailə qarşı deyil, həm də Livanın daxili siyasətinə və regional proseslərə təsir göstərmək üçün istifadə edir.
Yəni Hizbullah terror təşkilatı modeli sonradan İranın regional strategiyasının əsas sütunlarından birinə çevrilmişdir. Ona görə də SEPAH terrorçuları müxtəlif ölkələrdə Hizbullaha oxşar terror strukturuna malik şəbəkələr formalaşdırmağa və ya mövcud qrupları gücləndirməyə çalışır. Bu terror qrupların ortaq xüsusiyyəti onların Vilayəti-Fəqih ideologiyasına bağlı olması və İranın geosiyasi maraqlarına xidmət etməsidir. Ona görə də Livan, İraq, Suriya və Yəməndə Tehranla əlaqəli terror şəbəkələri ortaya çıxarılmış və sınaqlardan keçirilmişdir.
Bu siyasətin əsas memarlarından biri uzun illər SEPAH-ın “Qüds” qüvvələrinə rəhbərlik etmiş terrorçu başı Qasım Süleymani olmuşdur. O, İranın bölgədəki silahlı terror qrupları arasında koordinasiyanı təmin etmiş, onların maliyyələşdirilməsi, təlimi və təşkilatlanmasında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Süleymaninin rəhbərliyi dövründə İranın təsir şəbəkəsi Yaxın Şərqdən Cənubi Qafqaza qədər genişlənmişdir.
Cənubi Qafqazda da İranın oxşar model qurmaq cəhdləri hələ də gündəmdədir. Bu kontekstdə ən çox adı çəkilən qurumlardan biri “Hüseyniyyun” terror qrupudur. Bütün araşdırmalar və faktlar bu terror qrupunun İran yönlü radikal terror şəbəkəsi olduğunu göstərir və onun fəaliyyət metodları bir daha göstərir ki, Hüseyniyyun, Hizbullah terror təşkilatının oxşar modelidir və onun Azərbaycan və Qafqaz bölgəsinə daşınması cəhdi vardır və İran rejimi bunun üçün hazırlıq işləri aparır.
İran rejiminə görə, Hüseyniyyunun terror şəbəkəsinin fəaliyyət sahəsi yalnız Azərbaycanla məhdudlaşmır, həmçinin Gürcüstan və Türkiyəni də əhatə edən daha geniş regional təsir xəttinin tərkib hissəsi kimi nəzərdə tutulub. Məqsəd isə İranın ideoloji təsirini genişləndirmək, Vilayəti-Fəqihə bağlı kadrlar formalaşdırmaq və gələcəkdə bölgədə siyasi və təhlükəsizlik baxımından təsir rıçaqları əldə etməkdir.
Bu baxımdan Hizbullah sadəcə Livanda fəaliyyət göstərən bir təşkilat deyil. O, İranın onilliklər ərzində formalaşdırdığı regional strategiyanın terror simvolu və nümunəsidir. Livanda başlayan bu model sonradan İraq, Suriya və Yəmənə, daha sonra isə Qafqaz istiqamətində genişləndirilməyə çalışılmışdır. Məhz buna görə də İranın regional siyasətini yaxşı bilənlər Hizbullahı Tehran rejiminin bölgədə qurduğu terror şəbəkəsinin əsas simvolu və “kimlik vəsiqəsi” hesab edirlər.
Siyasi analitik Sadiq İsabəyli
visiontv.az