İranın müxtəlif şəhərlərində abituriyentlər təhsil siyasəti və qəbul sistemi ilə bağlı narazılıqlarını ifadə etmək üçün etiraz aksiyaları keçiriblər.
Məlumata görə, Tehran, Şiraz, Xorrəmabad, Kermanşah, Təbriz, Məşhəd, Kərəc və Gilan da daxil olmaqla bir sıra şəhərlərdə şagirdlər etiraz mitinqlərinə qatılıblar.
Etirazların əsas səbəbi məktəb qiymətlərinin ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə təsiri və təhsil sisteminin gələcəyi ilə bağlı narahatlıqlar olub.
Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirərək təhsil sahəsində daha ədalətli yanaşma tələb ediblər. Mitinqlərdə ən çox səsləndirilən şüarlar arasında:
“Biz ədalət görmədik, kifayət qədər vədlər eşitdik!”;
“Qorxmayın, qorxmayın, hamımız bir yerdəyik!”
visiontv.az