İranlı iqtisadçı Məhəmməd Rza Yəzdizadə verdiyi açıqlamada İslam Respublikasının ABŞ və İsrailə qarşı çəkindirmə gücünü artırmaq üçün nüvə imkanlarını açıq şəkildə göstərməli olduğunu iddia edib.
“Republic Street” YouTube kanalında yayımlanan müsahibədə o, İranın zənginləşdirilmiş uran ehtiyatlarına istinad edərək təxminən 460 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uranın nəzəri olaraq “çirkli bomba” tipli silahların hazırlanmasında istifadə oluna biləcəyini iddia edib.
Onun sözlərinə görə, bu ehtiyatlar əsasında 100-ə yaxın belə vasitənin hazırlanması mümkün ola bilər və belə silahlar birbaşa partlayış gücündən çox, radioaktiv çirklənmə vasitəsilə hədəf bölgələrə uzunmüddətli təsir göstərə bilər.
Yəzdizadə bildirib ki, yalnız raket potensialı deyil, nüvə imkanlarının mövcudluğu da çəkindirmə siyasətinin bir hissəsi kimi nəzərə alınmalıdır.
visiontv.az