Vətən müharibəsi şəhidlərinin məzarı və ailəsi ziyarət olunub
05.10.2022

Göygöl rayonundan olan Vətən müharibəsi şəhidləri İsgəndərov Əsəd Bəybala oğlu və Tağıyev İmdad Rövşən oğlunun ikinci ildönümləri məzarları başında qeyd edilib və ailələri ziyarət olunub. Mərasimdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Vətən Müharibəsi qaziləri, hər iki şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələrinin ediblər. 

Xatırladaq ki, İsgəndərov Əsəd Bəybala oğlu 27 oktyabr 1990-cı ildə Göygöl şəhərində anadan olmuşdur. 1997-ci ildə İ. Novruzov adına 4 saylı tam orta məktəbin 1-ci sinfinə getmişdir.2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2008-ci ilin oktyabr ayından  2009-cu ilin may ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamış, 2012-ci ildən Ağcabədi rayonunda yerləşən digər “N” saylı hərbi hissədə gizir kimi xidmətini davam etdirib. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Əsəd İsgəndərov 2 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəli olub, 2 övladı var.

Tağıyev İmdad Rövşən oğlu 25 aprel 2002-ci ildə Göygöl rayonunun Mollacəlilli kəndində anadan olmuşdur. 2009-cu ildə Göygöl rayon Mollacəlilli kənd tam orta məktəbinin 1-ci sinfinə getmişdir.2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2019-cu ilin may ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. İmdad Tağıyev 3 oktyabr 2020-ci il tarixdə Füzuli  rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay idi.

Binnət İsmayılov
Visiontv.az