Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR
21.10.2019

Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir. Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.
VisionTV.az  Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib.

Xəbərdə bildirilir ki, bunun üçün həmin valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayıb: "Yəni doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunub. Birdəfəlik müavinət təyin edildikdən sonra bu barədə onlara sms-məlumat göndərilib".