Urmu ölünün qurumasına etiraz olaraq eyləm edən azərbaycanlı məhbuslar döyülüb
11.08.2025

Böyük Tehran zindanında məhbus olan azərbaycanlı fəallar simvolik aclıq eyləminin ilk günündə Tehranın Evin zindanının 7-ci və 8-ci palatalarına köçürülüblər.

Məlumata görə, köçürülmə zamanı məhbuslar həbsxana mühafizəçiləri tərəfindən döylüblər.

Nəticədə, Məhəmməd Rza Fəqihi və Mürtəza Pərvin ağır xəsarət alıblar.

Dünən səhər saat 4-də başlayan köçürmə ailələrə və siyasi məhbuslara əvvəlcədən xəbər verilmədən həyata keçirilib.

Eyni zamanda, Mizan Xəbər Agentliyi İsrailin Evin həbsxanasına hücumundan təxminən 45 gün sonra həbsxananın bəzi hissələrinin fəaliyyətini bərpa etdiyini və bir sıra məhbusların ora qaytarıldığını bildirib.

visiontv.az