Çin Xarici İşlər Nazirliyi ABŞ-ın İrana qarşı sanksiyalarına etiraz edib.
CCTV-nin xəbərinə görə, nazirlik ABŞ-ın sanksiyalarının beynəlxalq hüquqda heç bir əsası olmadığını və BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənmədiyini vurğulayıb.
“Biz bütün tərəfləri məsuliyyətli davranmağa, siyasi və diplomatik həll yollarını sınamağa çağırırıq. Sanksiyalar və təzyiq problemin həllinə kömək etməyəcək”,- nazirliyin sözçüsü Lin Jian deyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İrana qarşı “iqtisadi müharibə” elan edib.
ABŞ-ın maliyyə naziri Skott Bessent İrana qarşı tarixdə ən sərt sanksiyaların tətbiq olunacağını bildirib.
visiontv.az