ABŞ Kuba və Ekvador nümayəndələrinə və şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
22.08.2026

ABŞ Kubinanın Xalqlarla Dostluq İnstitutunun (ICAP) üç nümayəndəsinə, Kuba Tikinti Nazirliyinə və ölkə hökuməti ilə əlaqəli olan səkkiz hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə  ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Sənəddə bildirilir ki, daha əvvəl də məhdudiyyətlərə məruz qalan ICAP nümayəndələri  ABŞ-ın təhlükəsizliyi üçün təhdid yaradır. Bundan əlavə, Kuba Tikinti Nazirliyinə və ölkə hökuməti ilə əlaqəli olan səkkiz şirkətə qarşı da sanksiyalar tətbiq edilib.

ABŞ həmçinin Ekvadorun səkkiz vətəndaşına və bu ölkədə qeydiyyatdan keçmiş yeddi şirkətə qarşı sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına daxil edilmə həmin şəxslərin və qurumların  ABŞ-dakı aktivlərinin dondurulmasını, həmçinin ölkə vətəndaşları və şirkətlərinin onlarla biznes əlaqələri aparmasına qadağa qoyulmasını nəzərdə tutur.

visiontv.az