Rusiya səfiri "İl-20" insidentinə görə Finlandiya XİN-ə çağırılıb
21.08.2026

Rusiyanın Finlandiyakı səfiri Pavel Kuznetsov bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 Bu barədə  XİN-in "X" sosial şəbəkəsindəki məlumatında bildirilir.

"Bu gün Finlandiya Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfirindən ölkənin hava məkanının pozulması ehtimalı ilə əlaqədar izahat tələb edilib", - məlumatda deyilir.

"Rusiyanın İl-20 təyyarəsinin avqustun 20-də Fin körfəzinin qərb hissəsində, Utyodən cənubda Finlandiyanın hava məkanını pozduğundan şübhə edirik", - qurumun məlumatında bildirilir.

Qeyd olunub ki, ərazi sərhədlərinin ehtimal edilən pozulması təxminən 3 dəqiqə davam edib. Ən dərin nöqtədə hava gəmisi Finlandiya ərazisində, sahildən təxminən 4,7 dəniz mili məsafədə olub.

Bu arada Finlandiyanın müdafiə naziri  Antti Həkkänen hava məkanının ehtimal olunan pozulması ilə bağlı araşdırmaya başlanıldığını bildirib.

visiontv.az