Urmu gölünün son durumu açıqlandı
05.05.2026

Urmu (Urmiya) gölündə mövcud olan su miqdarı 3 milyard 500 milyon kubmetrə çatıb və bu ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.

Bu barədəUrmu Gölünün Bərpası Qərargahının Planlaşdırma və İnteqrasiya Ofisinin direktoru Səid İsapur məlumat yayıb.

O, Urmu gölünün sahəsinin də 2255 kvadrat kilometrə çatdığını bildirib və bunun ötən ilin eyni dövrü ilə müqayisədə 1700 kvadrat kilometr çox olduğunu bildirib.

Son həftələr su hövzəsi ərazisində kifayət qədər yağıntı, gölə axan çaylarda suyun çoxalması və bəndlərdən suyun buraxılması gölün vəziyyətinin yaxşılaşmasında əsas amillər olub.

Urmu gölünün Bərpası Qərargahının keçmiş katibi İsa Kəlantəri isə mediaya verdiyi müsahibədə, gölün canlanması ilə bağlı məlumatları şişirdilmiş hesab edib:

"Göldə su miqdarının artması bərpa layihələrinin icrasına görə deyil, bu, əsasın təbiətin səxamətinin nəticəsidir. Son 2 ay ərzində yağan yağışlar gölün canlanmasında əsas rol oynayıb və yay aylarında suyun buxarlanması ilə Urmiya gölü yenidən quruyacaq".

Qeyd edək ki, sahəsinə görə Urmiya gölünün maksimum su həcmi 30 milyard kubmetr, orta su həcmi isə 15 milyard kubmetr olmalıdır.

visiontv.az