Die Welt-in jurnalisti Kristof Vanner bildirib ki, Boeing “istehsal lisenziyalarını üçüncü ölkələrə vermək istəmədiyi” üçün Ukraynada Patriot raketlərinin istehsalı mümkün deyil.
“Patriot kompleksləri üçün zenit raketlərinin istehsal prosesi son dərəcə mürəkkəbdir.
Bütün təchizat zəncirinin yaradılması, lisenziyaların alınması və zavodların tikilməsi vaxt tələb edir.
Bundan başqa, daha bir ciddi problem mövcuddur. Söhbət Patriot raketlərinin, xüsusilə də hazırda Ukraynanın böyük ehtiyac duyduğu PAC modifikasiyasının tuşlama başlığından gedir.
Müasir PAC raketləri Rusiyanın “İsgəndər-M” kimi qısa mənzilli ballistik raketlərini xüsusilə effektiv şəkildə zərərsizləşdirir.
Bu tuşlama başlıqlarını Boeing istehsal edir.
Bildiyimə görə, Boeing onların istehsal lisenziyalarını üçüncü ölkələrə vermək istəmir.
Bundan əlavə, bu tuşlama başlıqlarının istehsalı özü də mürəkkəb texnoloji prosesdir və nisbətən yavaş həyata keçirilir”.
visiontv.az