Ukrayna və Almaniya PUA-ların birgə istehsalına dair saziş imzalayıb
08.07.2026

Ukrayna və Almaniya NATO sammiti çərçivəsində “BARS” pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalını nəzərdə tutan layihənin həyata keçirilməsinə dair saziş imzalayıb.

Bu barədə Ukraynanın xarici işlər naziri  Andriy Sibiqa  “X” sosial şəbəkəsində yazıb.

Məlumata görə, sazişi  Andriy Sibiqa və Almaniyanın müdafiə naziri Boris Pistorius imzalayıblar.

Ukraynalı nazir bildirib ki, sənəd Ukrayna Müdafiə Nazirliyi ilə  Almaniyanın Federal Müdafiə Nazirliyinin "Build with Ukraine" təşəbbüsü çərçivəsində həyata keçirdiyi birgə fəaliyyət nəticəsində hazırlanıb.

visiontv.az