Şərqi Azərbaycanda xalçaçılıq sənayesi iflic olub
08.07.2026

Şərqi Azərbaycan əyalətində əldə toxuma xalça sənayesindən çox sayda insan dolansa da, bu sahə ağır vəziyyətdədir və əvvəlki faydalılığını itirib.

Bunu Şərqi  Azərbaycan xalçaçılar Birliyinin başçısı Yaqub Fərşkaran deyib.

"Xalça sənayesinin üzləşdiyi çətinliklərin təxminən 70 faizi ixrac və idxal siyasətlərindən qaynaqlanır",- o əlavə edib.

Bundan əvvəl Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin də xalçaçılıq sənayesinin iflic vəziyyətə düşdüyünü bildirib.

Onun sözlərinə görə, ixracatının azalması 400 istehsalat müəssisəsinin, 1200 xalça mağazasının bağlanması və 200 min toxucunun işsiz qalması ilə nəticələnib. 

Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.

visiontv.az