Donald Tramp Türkiyədə İrana hücum barədə göstəriş verib
08.07.2026

ABŞ Prezidenti Donald Tramp NATO sammiti üçün Türkiyəyə səfər edərkən İrana zərbə endirmək planını təsdiqləyib və onun həyata keçirilməsinə göstəriş verib.

Bu barədə “Axios” amerikalı rəsmiyə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, zərbələrin nə qədər davam edəcəyi bəlli deyil:

“Zərbələrin nəticələrinə dair qiymətləndirməni əldə etdikdən sonra qərar qəbul edəcəyik”.

Nəşr onu da qeyd edib ki, Tramp Ankarada özü ilə birlikdə “Air Force One” təyyarəsində gələn hərbi nazir Pit Heqset, Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent, həmçinin NATO sammitinin keçirildiyi məkanda əvvəlcədən olan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və digər rəsmilərlə görüş keçirib.

visiontv.az