Hamshahri Online saytının məlumatına görə, Əli Xameneyi ilə vida mərasimində iştirak edən ermənilər Xameneyinin Ermənistana etdiyi köməkdən ağız dolu danışıblar.
Müsahiblərdən biri deyir: "O, Ermənistan üçün çox işlər görmüşdü. Hazırda Amerika və İsrail Ermənistanın cənubunu ələ keçirmək istəyir. Rəhbər Xameneyi və prezident Rəisi bu prosesi dayandırmaq üçün çox işlər gördülər. Sizin indiki hökumətiniz də bu məsələdə bizə kömək edir. Məhz buna görə biz buradayıq, buna görə sizinləyik və gələcəyə dair oxşar baxışlarımız var". “Görəsən, başına qapaz vurub ‘ağam, ağam’ deyənlər heç olmasa bir az utanacaqlar? Yoxsa Əli Xamneinin Azərbaycanlılara etdiyi pislikləri hələ də anlamayacaqlar? İşğalçı Ermənistana dəstək verən Əli Xamneiyə hansı üzlə ‘ağa’ deyirsiniz?” “Bəyəm İmam Hüseyn deməyib: ‘Dininizdə olmasa da, heç olmasa kişiliyiniz, mənliyiniz olsun’?! 30 il Azərbaycanın ərazisini işğal altında saxlamaq üçün Ermənistana hərtərəfli dəstək verən Xamneiyə hansı üzlə ‘ağa’ deyirsiniz? Sizdə bir zərrə qeyrət yoxdurmu, yoxsa fars-mollasına nökərçiliyi özünüzə həyat tərzi seçmisiniz?”
Sadiq İsabəyli
visiontv.az