Uhanlı həkim etiraf etdi: "Bunu açıqlaya bilməzdik"
20.04.2020

Çinin Uhan şəhərində yaranan koronavirus epidemiyası zamanı xəstələrə ilkin müdaxilə edən həkimlərdən biri iddilara cavab verməyə çalışıb.

Visiontv.az xəbər verir ki, çinli həkim xəstəliyin yayılması ilə bağlı bəzi məlumatların dəqiq olmadığı üçün ictimaiyyətə açıqlanmadığını bildirib.

"Biz bunun adi bir yoluxucu xəstəlik olduğunu düşünmüşdük. Amma belə bir pandemiya olacağını proqnozlaşdırmamışdıq. Sonradan xəstəliyin necə yoluxucu olduğunu başa düşdük.

İlk 7 xəstənin simptomları eyni olmuşdu. On gün müddətində düşməyən qızdırma, xəstəxanaya yerləşdirildikdən 3 gün əvvəl sinə ağrısı və hər iki ciyərdə xırıltı var idi. Antiviral və antibiotik müalicəsi tətbiq etdik.

Virusu özümüz anlamağa çalışırdıq. Xalqa dəqiq bir məlumat olmadan nəsə deyə bilməzdik. Belə məlumatları açıqlamadan əvvəl elmi proses tələb olunur", - deyə uhanlı həkim vurğulayıb.