Türkiyənin Milli Təhlükəsizlik Şurası sabah prezident Ərdoğanın sədrliyi ilə toplanacaq
27.09.2023

Türkiyənin Milli Təhlükəsizlik Şurası sabah prezident Ərdoğanın sədrliyi ilə toplanacaq.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ali Hərbi Şuranın qərarları çərçivəsində yeni vəzifələrinə təyin olunan Baş Qərargah rəisi ordu generalı Gürak, Quru Qoşunları Komandanı general Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Kadıoğlu ilk dəfə iclasda iştirak edəcək. 

Daha əvvəlki iclasını avqustun 9-da keçirən İdarə Heyəti sabah prezident Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında toplanacaq.

Strateji, regional və milli təhlükəsizlik məsələlərinin müzakirə olunacağı görüşdə, sərhəd təhlükəsizliyi çərçivəsində həyata keçirilən fəaliyyətlərin, xüsusilə İraq və Suriyanın şimalında həyata keçirilən terrorla mübarizə əməliyyatlarının müzakirə edilməsi planlaşdırılır.

İclasda Türkiyənin sülh səyləri, vasitəçilik və asanlaşdırma fəaliyyətləri, humanitar yardımlar və daimi atəşkəs mövzuları başda olmaqla Rusiya-Ukrayna müharibəsi və taxıl dəhlizi ilə bağlı mövzuların gündəmdə olması gözlənilir.

Milli Güvenlik Kurulu yarın Cumhurbaşkanı Erdoğan başkanlığında toplanacak

İlahə Əliyeva