Türkiyədə müalicə alan daha bir qazi Vətənə qayıdıb
Türkiyədə müalicə alan daha bir qazi Vətənə qayıdıb
18.03.2023 YAŞAT Fondu Tərəfindən

Türkiyədə müalicə alan qazimiz Vahid Taleh oğlu İmanlı Vətənə geri qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Visiontv.az-a bildirilib ki, Vahid İmanlı iki il müddətində Türkiyədə müalicə alıb. Qazinin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau