24.011.2020
Axtar
Ölkə
alt

Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb

Bu ilin noyabr ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 25,610 milyon dollar artaraq 189,128 milyon dollar təşkil edib.

Visiontv.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-cu ilin noyabr ayında Türkiyənin Azərbaycana ixracı 158,163 milyon dollar, Azərbaycandan idxal isə 30,965 milyon dollar olub.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,798 milyard dollardan çox olaraq 106,541 milyon dollar artıb:

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyənin Azərbaycana ixracı 1,445 milyard dollar, Azərbaycandan idxalı isə 353,478 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin noyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 33,240 milyard dollar olub. Bu dövr ərzində ixrac 2018-ci ilin noyabrı ilə müqayisədə 0,1 faiz artaraq 15,503 milyard dollara çatıb.

2019-cu ilin noyabrında idxal 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artaraq 17,737 milyard dollar olub.

Şərh