Türkiyə səfiri: Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinc hissi keçirir, qürur duyuruq
01.05.2026

Diplomatik korpusun nümayəndələrin azad edilmiş ərazilərə səfəri burada aparılan bərpa-quruculuq işləri tanış olmaq baxımından gözəl bir fürsətdir. Bunu Türkiyə səfiri Birol Akgün deyib.

Diplomat  Azərbaycanda səfir kimi fəaliyyətə başlayandan bəri artıq  Qarabağa 10-cu dəfə səfər etdiyini bildirib.

“Əmin olun ki, hər səfərdə yeni bir inkişaf, dəyişiklik, bərpa fəaliyyətini müşahidə edirəm”, - səfir qeyd edib.

O, artıq Xocalıda, Xankəndidə bir sıra yerlərə baş çəkdiklərini vurğulayıb.

Birol  Akgünün sözlərinə görə, Xankəndi şəhərinin hər tərəfində bir canlanma, yenilik var.

“Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinc hissi keçirir, qürur duyuruq”, - o əlavə edib.

visiontv.az