Hikmət Hacıyev: Xankəndi gənclər mərkəzinə çevrilir
01.05.2026

Xankəndi şəhəri gənclər mərkəzinə çevrilir.

 Bu barədə  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev  Xankəndində Qarabağ Universitetində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Xankəndi yeni həyat qazanaraq  Cənubi Qafqazın ən dinc şəhərlərindən birinə və gənclər mərkəzinə çevrilir.

"Ümumilikdə, Qarabağ innovasiyalar, inkişaf, tikinti və bərpa ərazisidir. Son beş ildə  Azərbaycan diqqətini bu proseslərə yönəldib və münaqişədən sonrakı bərpanın nadir nümunələrindən birini təşkil edir, burada ölkə öz resursları, maliyyə imkanları və institusional mexanizmləri hesabına ərazilərin bərpasını, demək olar ki, sıfırdan həyata keçirir", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

visiontv.az