Mayın 1-nə keçən gecə İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri fəaliyyətə gətirilib.
Visiontv.az Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayımlayıb.
Tehranda qeydə alınan partlayış səslərinin səbəblərinə aydınlıq gətirilib. Müvafiq məlumat İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalında dərc olunub.
Hərbi qüvvələr tərəfindən müxtəlif pilotsuz uçuş aparatları (PUA), o cümlədən casus dronları məhv edilib. SEPAH-ın rəsmi açıqlamasında vurulan hava hədəflərinin hansı ölkəyə aid olduğu və ABŞ-İran arasında atəşkəsin gələcək vəziyyəti ilə bağlı heç bir detal qeyd edilməyib.
"Paytaxtın bir sıra bölgələrində, o cümlədən Tehranın qərb, mərkəz və cənub-şərq hissələrində hava hücumundan müdafiə sistemlərinin səsləri eşidilməkdədir", - deyə SEPAH-ın yaydığı bəyanatda vurğulanıb.
visiontv.az