Türkiyə Balkanlara qayıdır, ABŞ və Avropa İttifaqı məyus görünür
Türkiyə Balkanlara qayıdır, ABŞ və Avropa İttifaqı məyus görünür
03.06.2023 Elbəyi Həsənli Tərəfindən

Kosovada albanlarla serblər arasında münasibətlər yenidən kəskinləşib. Hazırkı böhran aprel ayına, Kosovo serblərinin yerli seçkiləri boykot etdiyi vaxta təsadüf edir. Belə ki, seçkilərdə iştirak faizi aşağı olub. Nəticəsində etnik albanlar əsasən serblərdən ibarət yerli şuralara nəzarəti ələ keçiriblər. Təbii ki, bu, köhnə düşmənçiliyi yenidən alovlandırıb. Serbiya dövlətinin müdafiə etdiyi yerli serblər davakar şəkildə küçələrə axışıb. NATO-nun 30 əsgəri serblərlə qarşıdurma zamanı xəsarət alıb...

ABŞ və Avropa İttifaqı gərginliyi azaltmağa çalışır. Ancaq bu, heç cür mümkün olmur...

Sirr deyil ki, Türkiyənin Kosova və Serbiya ilə isti münasibətləri var. Türkiyə Ukrayna ilə Rusiya arasında taxıl anlaşmasına nail olduqdan sonra Balkan ölkələrində rəsmi Ankaranın nüfuzu xeyli artıb. Artıq Serbiya prezidenti Aleksandar Vucic Tayyib Ərdoğana zəng vurub. Yaranmış gərginliyin aradan qaldırlması üçün vasitəçilik etməyi xahiş edib.

Müşhidəçilər qeyd edir ki, Türkiyə iki ölkə arasında yaranmış problemin aradan qaldırlmasına yardım edə bilər. Türklər tarixən alban və serblərlərlə eyni coğrafiyanı bölüşüb. Məsələ ondadır ki, nə ABŞ, və də ki Avropa İttifaqı Türkiyənin Balkanlarda yenidən söz sahibinə çevrilməsini istəmir. 

O da bəllidir ki, Serbiya tarixən Rusiya ilə yaxın olub. Türkiyənin Rusiya ilə xoş münasibətdə olması da bu məsələdə Türkiyənin xeyrinə işləyə bilər...

Siyasi təhlilçilər bildirir ki, indiki məqamda ABŞ-a Avropada silahlı münaqişə qətiyyən lazım deyil. Amerika Çinlə bağlı problemlərinə köklənmək istəyir. Ona görə də Avropada Amerikanın fikrini yayındıra biləcək münaqişənin alovlanmasından ciddi şəkildə narahatdır...

Üstəlik, Türkiyənin Balkanlarda yenidən möhkəmlənməsinə imkan yarada biləcək situasiyanın ortaya çıxması da Vaşinqtonun ürəyincə deyil...

Elbəyi Həsənli

Visiontv.az