Baş nazirin müavini Mher Qriqoryan isə bildirib ki, TRIPP layihəsinə görə Ermənistan və Azərbaycan bəzi sərhəd hissələrini qeyri-adi qaydada demarkasiya edə bilər: "Hər iki tərəfdə demarkasiya prosesini davam etdirməyə maraq var. İnfrastrukturun yerləşəcəyi məkan, onun yerinə uyğun sərhədin hansı hissələrinin demarkasiya olunması ilə bağlı spesifik danışıqlar aparılır".
AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistan parlamentindəki əsas müxalifət fraksiyaları hökumət üzvləri ilə keçirilən iclası boykot ediblər. Onların mövqeyincə, Vaşinqton razılaşmaları çərçivəsində Ermənistan Sünikdəki yollar üzərində suverenliyini itirib, Azərbaycandan heç nə əldə etmir. Onlar Yerevanla Bakının parafladığı sülh sazişinə də skeptik yanaşırlar, deyirlər ki, hökumət güzəştləri davam etdirdikcə bu sənəd real sülh gətirməyəcək.
Paşinyan və hökuməti tənqidləri qəbul etmir. Onlar TRIPP-in Ermənistanın yurisdiksiyası altında qalacağını, ölkənin suverenliyini və ərazi bütövlüyünü pozmadığını deyirlər. Hökumət bildirir ki, ABŞ-nin nəzarəti altında gerçəkləşəcək layihə regiondaxili kommunikasiyanı genişləndirəcək, Azərbaycan üzərindən tranzit imkanları vasitəsilə Ermənistana iqtisadi faydalar gətirəcək.
visiontv.az