ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsini təsdiqləyib
17.09.2026

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini nəzərdə tutan və daha öncə Senat tərəfindən bəyənilən qanun layihəsini qəbul edib.

Bu barədə Visiontv.az  TASS-a istinadən xəbər verir.

Məlumata görə Nümayəndələr Palatasının 262 üzvü sənədi dəstəkləyib, 159 qanunverici isə əleyhinə səs verib. Senat qanun layihəsini avqustun 7-də təsdiqləmişdi. Beləliklə, qanun layihəsi tam tərkibdə Konqresdən keçib və təsdiqlənmək üçün Trampa təqdim ediləcək.

Mərhum respublikaçı senator Lindsi Qrem tərəfindən hazırlanmış qanun layihəsi  ABŞ prezidentinə Rusiya məmurlarına, banklarına və "kölgə donanmasına" qarşı birbaşa sanksiyalar tətbiq etməyə imkan verir. Bundan əlavə, ABŞ Rusiya enerji resurslarının əsas alıcılarına qarşı 100 faizlik rüsumlar tətbiq edə biləcək.

visiontv.az