"Traxtur" "Mələvan"ı məğlub etdi
29.05.2024

Güney Azərbaycan təmsilçisi “Traxtur” futbol klubu İran Premyer Liqasının iyirmi doqquzuncu həftəsinin oyunları çərçivəsində növbəti oyununu keçirib.

Azərbaycan komandası mayın 28-i yerli vaxtla axşam saat 20:00-daTəbrizin "Səhənd" stadionunda Gilanın “Mələvan” komandası ilə qarşılaşıb.

Oyun Təbriz klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 51-ə çatdıran “Traxtur” dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, İran Futbol Federasiyası "Traxtur" klubunu cəzalandırdığı üçün qarşılaşma tamaşaçısız keçib.

visiontv.az