ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə ölkəsinin hərbi qulluqçularının həlak olması halında İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının bərpasını mümkün hesab edir.
Bu barədə nüfuzlu "The Wall Street Journal" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.
Ağ Ev rəhbəri qeyri-rəsmi şəkildə köməkçilərinə bildirib ki, əgər ABŞ hərbçiləri İranın hərəkətləri nəticəsində həlak olarsa, Vaşinqtonun atəşkəs rejimindən imtina etməsi istisna deyil.
Nəşr qeyd edir ki, belə bir bəyanat Trampın daha genişmiqyaslı Yaxın Şərq münaqişəsinin qarşısını almaq üçün həftələr və ya hətta aylar ərzində kiçik toqquşmalara dözməyə hazır olduğunu göstərir.
Daha əvvəl Tramp Vaşinqton və Tehran arasında danışıqların uğurla davam etdiyini və sazişin yaxın günlərdə əldə oluna biləcəyini bəyan etmişdi.
visiontv.az