ABŞ prezidenti Donald Trampa və digər hökumət rəsmilərinə qarşı sui-qəsd planı hazırlamaqda təqsirli bilinən 48 yaşlı Pakistan vətəndaşı Asif Mərçənt 330 ay, yəni 27 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Hökm Bruklin Federal Məhkəməsində hakim Erik R. Komiti tərəfindən çıxarılıb. Mərçənt terror aktı törətməyə cəhddə və q/ətl məqsədilə muzdlu q\atil tutmaqda təqsirli bilinib.
Ədliyyə Nazirliyinin məlumatına görə, Mərçənt İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadı tərəfindən əməkdaşlığa cəlb edilərək xüsusi təlim keçib.
O, məhkəmədə verdiyi ifadədə təxminən 2022-ci ildə SEPAH-a qoşulduğunu, 2023-cü ildən etibarən Tehranda kuratoru ilə dəfələrlə görüşdüyünü və həmin görüşlərdə əks-kəşfiyyat üsullarını öyrəndiyini etiraf edib.
visiontv.az