İran Ermənistanın enerji sektoruna investisiya və texniki dəstək təklif edir
19.11.2026

İran Ermənistanda iri enerji layihələrinin həyata keçirilməsində iştirak etməyə və bu ölkəyə texniki-mühəndislik xidmətləri göstərməyə hazır olduğunu bəyan edib.

Bunu İranın neft naziri vəzifəsinin müvəqqəti icraçısı Həmid Bovərd Ermənistanın regional idarəetmə və infrastruktur naziri Davit Xudatyanla görüşündə deyib.

Bovərd bildirib ki, İran və Ermənistan arasında siyasi münasibətlərin mövcud vəziyyəti enerji sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Danışıqlarda təbii qaz, neft məhsulları və elektrik enerjisinin tədarükü, eləcə də texniki və mühəndislik xidmətlərinin ixracı imkanları nəzərdən keçirilib.

O, habelə, deyib ki, Tehran Ermənistanda iri enerji layihələrinin tikintisi və icrasında iştirak etməyə, həmçinin ölkəyə texniki və mühəndislik xidmətləri ixrac etməyə hazırdır.

visiontv.az