ABŞ Prezidenti Donald Tramp nəhayət Rusiya-Ukrayna müharibəsində Rusiyanı təcavüzkar kimi tanıdı, bu da onun Moskvaya qarşı mövqeyinin sərtləşdiyini göstərir.
Bu barədə “Politico” nəşri yazıb.
Nəşr bildirir ki, jurnalistlərlə danışan Tramp Ukrayna və Rusiya hərbçilərinin itkilərinə toxunaraq deyib: “Bu həftə hər iki ölkədən 8 000 əsgər həlak olub. Rusiyadan daha çox, amma sən təcavüzkarsansa, daha çox itki verirsən.”
visiontv.az